Ölmüş qohumun külünü bananla qarışdırıb yeyirlər – Cənubi Amerikada
22 sentyabr 2020 18:05 (UTC +04:00)

Ölmüş qohumun külünü bananla qarışdırıb yeyirlər – Cənubi Amerikada

Dünyada bir-birindən fərqli adətləri olan qəbilələr var. Braziliya və Venesuela sərhədləri yaxınlığında yaşayan yanomami qəbiləsi maraqlı ənənələri ilə hər kəsi təəccübləndirir. Xarici dünya ilə böyük ölçüdə təması olmayan bu qəbilə, şiddətə marağı ilə də tanınır. Xüsusilə qəbilə kişiləri şiddətə meylləri ilə məşhurdular.

Qəbilə qadınları, böyük heyvanları ovlamaq və öldürmək istisna olmaqla, bütün ev işlərinə cavabdehdirlər. Qəbilə yeməklərinin səksən faizini öz bağlarındakı meyvə-tərəvəzdən hazırlayır. Amazon bölgəsində torpaq çox məhsuldar olmadığı üçün bağlarını iki-üç ildən bir dəyişirlər.

Ov qəbilə yeməyinin 10 faizini təşkil etsə də, ovçuluq kişilər arasında çox vacib sayılır. Qaydalara görə öldürdüklərinin ətini yeməməlidirlər. Hər ovçu öz öldürdüyü heyvanı başqasına verməlidir. Ovlar qəbilə kişiləri arasında paylanır.

Yanomami qızları analarına çox gənc yaşlarından kömək etməyə başlayırlar. Müəyyən bir yaşa çatan gənc qızlardan evlənmələri və çox uşaq dünyaya gətirmələri istənilir. Menstruasiya olan qızlar artıq evlilik yaşına çatmış hesab edilir. Burada menstruasiya qanı zəhərli sayılır. Belə gənc qızları evdən uzaqlaşdırırlar. Onların yeməyə toxunması və danışması qadağandır. Qəbilə arasında əmiuşağı nikahları da geniş yayılıb. Çox vaxt xalanın övladları bir-biri ilə evləndirilir.

Mərasimlər yanomami mədəniyyətinin çox vacib bir hissəsi sayılır. Burada hər məxluqun, daşın, qayanın və ya hər hansı bir əşyanın ruhu olduğu düşünülür. Bu ruhların bəzən yaxşı, bəzən də pis olduğu düşünülür. Onlar bəzən pis və təcavüzkar, bəzən də xəstəliklərə qarşı yaxşı və şəfalı olduqlarına inanılır.

Qəbilə daxilində təşkil olunan mərasimlərin əksəriyyətinə qadınların gəlməsi qadağandır. Ancaq mərasimin hazırlanmasında qadınlar əhəmiyyətli bir rol oynayır. Möhtəşəm mərasimlər üçün Yanomami qadınları kişilər üçün yemək və içki hazırlayır.

Qəbilənin ən maraqlı xüsusiyyətlərindən biri vəfat etmiş bir qohumun külünün qaynadılmış bananla qarışdırılıb yeyilməsidir. Bu ənənə yanomami ruhunu yaşatmaq üçün edilir. Beləliklə, mərhumun güclərinin onlara keçəcəyinə inam yaranır.

# 4282
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar