Bakıda qadını avtomobil vurub
15 sentyabr 2020 05:07 (UTC +04:00)

Bakıda qadını avtomobil vurub


Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə metronun Qara Qarayev stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Slobodina Valentina Yureyvna yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu  minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, o çoxsaylı sınıq xəsarətləri alıb, vəziyyəti ağır qiymətləndirilir.

# 1339
avatar

Oxşar yazılar