7222
19:28
14 Sentyabr 2020

Bu qəbilədə son sözü qadınlar deyir: Uşaqlar ananın soyadını daşıyır, kişilər... - FOTOLENT

Dünyanın müxtəlif yerlərində, fərqli mədəniyyətlərdə yaşayan bir çox icma var. Bunlardan biri də Mosuolar qəbiləsidir. Himalayın ətəklərində yaşayan Mosuo qəbiləsini qadınlar idarə edir və hər şeyə onlar qərar verir.

Lent.az sizi dünyanın ən maraqlı qəbilələrindən biri ilə tanış edəcək. Bu qeyri-adi qəbilənin xüsusiyyətləri hər kəsi heyran edir.

Mosuolar qəbiləsi Yunan və Siçuan vilayətlərinin sərhədindəki Lugu gölü ətrafında yaşayır. Burada nəsili qadınlar davam etdirir və evdə söz haqqına da onlar sahibdir. Evin rəhbəri ailənin ən yaşlı qadını hesab edilir. Bütün qərarları da sonda o verir. Uşaq olduqda, nəsil ana tərəfindən irəliləyir və uşaqlar ananın soyadından istifadə edirlər.

Bu qəbilənin digər bir fərqi evliliklərindədir. Belə ki, kişilər evlənsələr də, analarının evində yaşamağa davam edirlər. Evləndikləri qadının yanına yalnız gecə gələ bilərlər. Səhər həyat yoldaşlarının evlərindən çıxıb analarının evinə qayıtmaq məcburiyyətindədirlər. Bir qadının evinin qapı tutacaqlarında kişi papağının asılması o evə başqa kişilərin girməsinin qadağandır anlamına gəlir. Bu papaq kişiləri o evlərdən uzaq saxlayır.

Kişilərin evi dolandırmaq kimi məsuliyyəti yoxdur. Ev işləri və ailəni hər şeylə təmin etməyin bütün məsuliyyət qadına aiddir. Fiziki və zehni gücləri ilə elm adamlarını da təəccübləndirirlər. Çünki burada qadınlar fiziki cəhətdən kişilərdən daha güclüdür. Yaşlı qadınlar da yaşıdlarının öhdəsindən gələ bilmədikləri yükləri qaldıraraq işə davam edirlər.

Kişilər balıqçılıq, bina təmiri və çobanlıq kimi işlərdə çalışırlar. Ailə daxilində veriləcək qərarlar, ümumiyyətlə, müzakirə olunsa da, son sözü həmişə nənələr deyirlər. Burada yaşayan kişilər qazanclarını ailəni idarə edən qadınlara verirlər. Eyni zamanda, kişilərin uşağa baxmaqda və ya uşaq üzərində hər hansı bir məsuliyyəti yoxdur. Ata rolunu bu qəbilədəki dayılar oynayır. Burada nəslin davamı qadınlar tərəfindən təmin olunduğundan, onların qız dünyaya gətirməsi tələb olunur.

Kişilər və qadınlar bir-birlərindən üstün sayılmırlar. Hər ikisi bərabər sayılır. Hər iki tərəf istədikləri qədər həyat yoldaşı seçə bilər. Qadınlar anaları, nənələri, xalaları və dayıları tərəfindən böyüdülürlər.

Analıq qəbilədəki qadınlar üçün çox vacibdir. Qadınlarda uşaq istəməmək imkanı yoxdur. Əgər ər-arvadın övladı olmursa və ya yalnız oğulları olursa, bu zaman başqa ailələrdən övladlığa götürə bilərlər.

Qəbilənin yerləşdiyi bölgə hər il çox sayda turist cəlb edir. Ancaq bu turizmə ev sahibliyi edən qəbilə tədricən öz mahiyyətlərini itirmək təhlükəsi ilə qarşılaşır. Fərqli mədəniyyətlərə malik insanlarla evlənmək, iş tapmaq və pul qazanmaq üçün başqa ölkələrə və ya şəhərlərə köçməkləri qəbilənin yaşlı qadınlarını narahat edir.

Dİgər xəbərlər