493
11:02
14 Sentyabr 2020

Şagirdlərimiz Balkan olimpiadasından 6 medalla qayıdır

Sentyabrın 9-13-də virtual formatda Yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadası təşkil edilib.

Azərbaycanın Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, 18 ölkədən 108 iştirakçının qatıldığı müsabiqədə iştirak edən şagirdlərimiz uğurlu nəticə əldə ediblər.

Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Toğrul Abbasov qızıl, həmin liseyin IX sinif şagirdi Amin Cəfərzadə, Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fidan Qarayeva, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Elçin Musazadə gümüş, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Cəlil Hüseynov və IX sinif şagirdi Şamil Mantaşlı isə bürünc medal qazanıblar.

Bu olimpiadadan qazanılan 6 medalla birlikdə 2020-2021-ci tədris ilinədək ümumilikdə 2 qızıl, 17 gümüş və 22 bürünc medal əldə olunub.