Ronaldodan 615 min funt sterlinqlik üzük
13 sentyabr 2020 17:55 (UTC +04:00)

Ronaldodan 615 min funt sterlinqlik üzük

0

Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigesə üzük hədiyyə edib.

Apasport.az saytının məlumatına görə, “Cartier” istehsalı olan üzüyün qiyməti 615 min funt-sterlinqdir.

Bu, tarixdə futbolçuların sevdiklərinə bağışladığı ən bahalı üzükdür. Bir müddət öncə Ronaldo Corcinaya evlilik təklifi edib və müsbət cavab alıb.

Qeyd edək ki, Kriştianonun 4 uşağı var. Alana Martina adlı qızın anası Corcinadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3376

Oxşar yazılar