Əyani və onlayn dərs cədvəlləri açıqlandı - FOTO
10 sentyabr 2020 18:14 (UTC +04:00)

Əyani və onlayn dərs cədvəlləri açıqlandı - FOTO

Təhsil Nazirliyi hibrid tədris üçün dərs cədvəli nümunəsi hazırlayıb.

Nazirlikdən Lent.az-a daxil olan məlumata görə, bu nümunələr 4 müxtəlif situasiyanı əhatə edir:

- əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün
- əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə
- əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün
- əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə.

"Bu nümunədən istifadə etməklə sizin məktəbin xüsusiyyətlərinə uyğun dərs cədvəli hazırlaya bilərsiniz. Nəzərə alın ki, sinif yarımqruplara bölündüyü halda uyğunlaşdırılmış tədris planında distant dərslər üçün nəzərdə tutulmuş dərslərin bir hissəsini əyani dərslərə vermək lazımdır.

Dərs cədvəlinizi həm də teledərslərin cədvəlinə uyğunlaşdırmağınız tövsiyə olunur. Teledərslər hər gün “Mədəniyyət” və “Arb Günəş” televiziya kanallarında səhər və günorta təkrar verilməklə yayımlanır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3786

Oxşar yazılar