Təbiətin fövqəladə varlığı: Yarasalar haqqında bilmədiklərimiz
10 sentyabr 2020 18:10 (UTC +04:00)

Təbiətin fövqəladə varlığı: Yarasalar haqqında bilmədiklərimiz

Bu dəfə sizə kino və ədəbiyyatda vampirlərə bənzədilən yarasalar haqqında söhbət açacağıq.Yarasalar insanların əksəriyyətində vampir təsürratı oyadır. Hansı xüsusiyyətləri yarasaları həqiqətən təbiətin fövqəladə varlığı edir?

Lent.az yarasalar haqqında bilmədiyiniz məlumatları təqdim edir: 

Külək yaradan yarasalar

Amerikanın Texas ştatındakı “Bracken” mağarası 20 milyon yarasaya ev sahibliyi edir. Mağarada yaşayan çox sayda yarasa sürüsü və ailələri eyni anda mağaradan çıxdıqda, maraqlı görüntülərin yaranmasına səbəb olur. Ətrafdakı bir çox insan 20 milyon yarasanın külək yaratdığını söyləyir.

Ən böyük yarasa 

Dünyanın ən böyük yarasasının qanadının uzunluğunun az qala 2 metrə çatdığını bilirdinizmi? Uzunboylu bir insan böyüklüyündə olan və qanadlarının genişliyi ilə tanınan “Qızıl taclı uzun tülkü” yarasası, bu növün kralı olaraq tanınır.

Ekosistemdəki yeri

İnsanların yarasaların ən sevdiyi yeməyin həşərat olduğunu bilir. Saatda 600-dən çox böcək yeyə bilən yarasalar, xüsusən də meyvə və tərəvəz yetişdiricilərinin sevimli heyvanıdır. Ekosistemə böyük töhfə verən yarasaların böcək populyasiyasına tənzimləyici təsiri kənd həyatı üçün daha böyük faydası var.

Vampir yarasalar

Əslində yarasaların yalnız üç növü qan soran kimi tanınır. Vəhşi heyvanların qanı ilə qidalanan bu yarasalar bir vaxt dişlədikləri heyvanı daim tanımaq və qoxusu ilə izini tapmaq qabiliyyəti ilə məşhurdur. Əlbəttə, yarasaların bu növləri vampir əfsanəsinin birbaşa yaradılmasında böyük rol oynayırlar.

# 4981
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar