Qadına qarşı quldurluq edənlər tutuldu
09 sentyabr 2020 12:53 (UTC +04:00)

Qadına qarşı quldurluq edənlər tutuldu

Abşeron rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini Ş.Paşayeva sentyabrın 7-də saat 19 radələrində Novxanı kəndinə gedəcəyi məqsədilə şəhər ərazisində sərnişin qismində bir avtomobilə əyləşdiyini, kənd ərazisində sürücü və digər sərnişinin  onu avtomobildən düşürərək, bıçaqla hədələyib 300 manatını və 2 ədəd mobil telefonunu alıb hadisə yerini tərk etdiklərini bildirib.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini S.Mehralıyev və Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Abbasov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1318

Oxşar yazılar