Bağçaların açılması ilə bağlı SON QƏRAR
09 sentyabr 2020 11:40 (UTC +04:00)

Bağçaların açılması ilə bağlı SON QƏRAR

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq oktyabrın 1-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, sentyabrın 15-dən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.

Lent.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib. Bu barədə Nazirlər Kabinetinin 330 №li Qərarı bu gün imzalanıb.

Bildirilib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bağçaların bir qədər gec, oktyabrın 1-dən açılmasının səbəbi əhalinin sayı və sıxlığının daha yüksək olmasıdır.  Bu, həm də bağçalarda müvafiq hazırlıq işlərinin görülməsi, dezinfeksiya işlərinin aparılması üçün daha uzun müddətin tələb olunması ilə əlaqəlidir.

Eyni zamanda, bu müddətdə bağça tərbiyəçiləri və texniki işçilər bağçaların yeni qaydalarla açılması və idarə edilməsinə dair təlimatlandırılacaq, oyun, yataq və digər otaqlar xüsusi qaydalarla təşkil olunacaqdır.

Uşaq bağçalarının açılması zamanı müvafiq sanitar-gigiyenik qaydaların təmin edilməsi vacib şərtdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10272

Oxşar yazılar