Lənkəranda iki maşın toqquşdu: ölən var
09 sentyabr 2020 11:20 (UTC +04:00)

Lənkəranda iki maşın toqquşdu: ölən var

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi olub. 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza hadisəsi Lənkəran-Boradigah yolunun Girdəni kəndindən keçən hissəsində baş verib. Günəhir kənd sakini, 42 yaşlı Asif Fərəcovun idarə etdiyi 99-JR-725 dövlət qeydiyyat nömrəli "Ford" markalı yük avtomobili ilə İstisu kənd sakini, 34 yaşlı Mais Kəlbiyevin idarə etdiyi 42-CN-713 qeydiyyat nömrəli "VAZ 2107" markalı avtomobil toqquşub.

Minik maşınında olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlardan biri, 41 yaşlı Mahir Əhmədov yolda dünyasını dəyişib. Digər xəsarət alanlar - 73 yaşlı Güldərən Əhmədova, 52 yaşlı Sevil Abdullayeva və 6 yaşlı Hüseyn Mahir oğlu Əhmədzadə Travmatologiya şöbəsinə, sürücü Mais Rəcəbəli oğlu Kəlbiyev isə Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1718

Oxşar yazılar