1915
10:08
07 Sentyabr 2020

Türkiyədə Prezident Administrasiyası Tovuz hadisələri ilə bağlı videoçarx hazırladı - VİDEO

Türkiyənin Prezident Administrasiyası tərəfindən ermənilərin Tovuzda təxribat törətməsindən bəhs edən "Bir millət, iki dövlət" adlı videoçarx hazırlanıb.

Lent.az -ın məlumatına görə, videoçarxda Azərbaycanın bir sıra hökumət və ictimaiyyət nümayəndələri müsahibə veriblər. Onlar son illər Azərbaycan tərəfinin bir neçə əhəmiyyətli layihəsinin Tovuzdan keçdiyini və təxribatlar zamanı mülki vətəndaşların da zərər çəkdiyini dilə gətiriblər.

Qeyd edək ki, hazırlanan videoçarx ingilis dilində təqdim olunub.

Videoçarxa ətraflı aşağıdakı linkdən baxa bilərsiniz: