Dilan Polat Ərdoğanı   təhqir etdiyi üçün saxlanıldı  -  YENİLƏNİB
30 sentyabr 2026 19:37 (UTC +04:00)

Dilan Polat Ərdoğanı təhqir etdiyi üçün saxlanıldı - YENİLƏNİB

0

Anadolu Prokurorluğunun "prezidenti təhqir etmək" ittihamı ilə saxlanılan və istintaqa cəlb edilən sosial media şəxsiyyəti Dilan Polat, göndərildiyi növbətçi məhkəmə tərəfindən məhkəmə nəzarəti altında azadlığa buraxılıb.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Polata tətbiq edilən məhkəmə nəzarəti tədbirlərinə həftəlik qeydiyyat və xaricə səyahət qadağası daxildir.

***

15:30

Türkiyənin sosial media fenomeni Dilan Polat “prezidentə təhqir” ittihamı ilə saxlanılıb.

Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, haqqında araşdırma aparılan Polat ifadə vermək üçün Anadolu Prokurorluğuna aparılıb. Bildirilir ki, onun ifadə verdiyi zaman halı pisləşib.

Qeyd edək ki, Dilan Polat bundan əvvəl də cinayət işi çərçivəsində həbs olunub. 2023-cü il noyabrın 1-də keçirilən əməliyyatlar zamanı Dilan Polat və həyat yoldaşı Engin Polat da daxil olmaqla 24 şübhəli saxlanılmışdı. Onlar cinayət yolu ilə əldə edilən vəsaitin yuyulması, təşkilat yaratmaq və qanunsuz mərc oyunları ilə bağlı ittiham edilmişdi. 1 ilə yaxın həbsdə qalan cütlük məhkəmənin qərarı ilə şərti azadlığıa buraxılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 914

Oxşar yazılar