Azərbaycanda keçmiş məmur özünü öldürdü
04 sentyabr 2020 17:06 (UTC +04:00)

Azərbaycanda keçmiş məmur özünü öldürdü

Zaqatalada intihar hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında Zaqatala şəhər sakini Fərrux Musayev qohumlarına məxsus tikilidə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, F. Musayev əvvəllər Zaqatala rayon İcra Hakimiyyətinin ərazi-idarəetmə şöbəsinin müdiri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7694

Oxşar yazılar