4244
17:25
29 Avqust 2020

Qocalmanın 3 mərhələsi: 45, 60, 75 yaşda orqanizmdə nə baş verir?

İnsanın yaşlanması prosesini, orqanizmin qocaldığını göstərən mərhələlər-əsas “dönüş nöqtələri” açıqlanıb. e-tibb.az xəbər verir ki, Rusiyadan olan herontoloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Alexsey Moskalyev, orqanizmin bioloji yaşlanması ilə bağlı üç dəyişmə - sınma nöqtəsinin olduğunu açırqlayıb. Onun sözlərinə görə, ilk "sınıq" 45 yaşında, reproduktiv funksiyanın reallaşması ümumiyyətlə, başa çatdıqda meydana gəlir.

Növbəti mərhələ 60 yaşında başlayır. 75 yaşında hüceyrə xaricindəki matriks - toxumanın hüceyrə xaricindəki quruluşu yararsız hala gəlir. Mütəxəssis bu baxımdan orqanizmin qoruyucu baryerlərini itirildiyini və xroniki xəstəliklərin sayının orta hesabla yeddi dəfəyədək artdığını deyib.

Dİgər xəbərlər