Dünyanın ən sürətli limuzini satışa çıxarıldı
27 avqust 2020 12:07 (UTC +04:00)

Dünyanın ən sürətli limuzini satışa çıxarıldı

Dünyanın ən sürətli limuzini Avstraliyada 400 min dollara (təxminən 30 milyon rubl) satışa çıxarılıb.

Lent.az xəbər verir ki, Ferrari 360 Modena markalı parlaq qırmızı rəngə boyanan limuzinin içində televizor ekranları və bar var. Limuzində on nəfərin əyləşə biləcəyi oturacaq var. Avtomobil altı saniyədə saatda yüz kilometrə qədər sürətlənə bilər. Onun maksimal sürəti saatda 270 kilometrə çatır.

Limuzin ən sürətli avtomobil olaraq Ginnesin Rekordlar Kitabına düşüb.

# 2011
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar