19:44
27 Avqust 2020

80 ildir saçını kəsdirmir: 5 metrə dəqər uzanıb


Yaşlı bir Vyetnam sakini təxminən 80 ildir saçını kəsdirmir və indi uzunluğu beş metrə çatıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 92 yaşlı Nquen Van Çin 12 yaşından bəri saçını qırxdırmayıb. Məktəbdə oxuyanda saçları qalın və qara olub.

Onun fikrincə, saçları ömrünün uzun olması ilə birbaşa bağlıdır.

“Əgər qırzdırsam, ölərəm. Saç tərzimdə heç nə dəyişmirəm, hətta daramıram da”, - kişi söyləyir.

Saçlarına qulluqda ona kiçik oğlu kömək edir. 62 yaşlı Luom əmindir ki, atasının saçları müğddəsdir və onları kəsmək olmaz.

Dİgər xəbərlər