10:00
18 Avqust 2020

Almaniyada məktəbliləri daşıyan avtobus ağaca çırpıldı

Almaniyanın Vilnsdorf şəhərində içərisində 28 şagirdin olduğu avtobus qarşı zolağa çıxaraq ağaca çırpılıb.

Bu barədə APA TASS-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 13 şagird xəsarət alıb. Üç şagird və sürücüsü xəstəxanaya yerləşdirilib. Onların həyatları üçün heç bir təhlükənin olmadığı vurğulanıb.

Xəsarət alanlara yanğınsöndürmə xidmətinin 50 əməkdaşı tərəfindən yerindəcə yardım göstərilib.

Qəza baş verən ərazidə bir neçə saat yol bağlı qalıb.

Hadisənin başvermə səbəbi araşdırılır.

Dİgər xəbərlər