Ağrılara dözə bilməyən qadın özünü asdı
15 avqust 2020 20:23 (UTC +04:00)

Ağrılara dözə bilməyən qadın özünü asdı

İsmayıllı rayonunda intihar hadisəsi baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Basqal kəndində qeydə alınıb. 

Kənd sakini, 1947-ci il təvəllüdlü Səyyarə Bağırova yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Onun ağır xəstəliyi ilə əlaqədar bədənindəki ağrılara dözə bilmədiyi səbəbindən özünə qəsd etdiyi bildirilir. 

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

# 5479
avatar

Oxşar yazılar