taxi
12:56 14 avqust 2020

Külli miqdarda narkotiki yol kənarında gizlətdi

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Quliyev Xətai rayonu ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 5 qram heroin və 5 qram tiryək aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun Abşeron rayonu, Digah qəsəbəsinin ərazisində yolun kənarında gizlətdiyi çəkisi 6 kiloqram heroin və 680 qram tiryək də aşkar edeilərək götürülüb.

 

# 790
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar