Nazir valideyn, müəllim və şagirdlərlə görüşüb - YENİ DƏRS İLİ...
13 avqust 2020 13:38 (UTC +04:00)

Nazir valideyn, müəllim və şagirdlərlə görüşüb - YENİ DƏRS İLİ...

Təhsil naziri Emin Əmrullayev avqustun 13-də ölkənin müxtəlif regionlarından olan 50-yə yaxın valideyn, şagird və müəllimin iştirakı ilə videokonfrans keçirib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə təhsil naziri koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.

Görüş zamanı çıxış edən müəllim, şagird və valideynlər 2020-2021-ci tədris ili ilə bağlı öz fikirlərini bildiriblər. Təklif olunan modellər haqqında müzakirələr də aparılıb.

 

# 4282
avatar

Aygün İbrahimli

Oxşar yazılar