19:37
10 Avqust 2020

Badam göz estetikası əməliyyatsız necə tətbiq olunur?

Son illərin ən şox tətbiq olunan badam göz estetikası üçün əməliyyat keçirməyə ehtiyacınız yoxdur. Həm də ip, dolğu və botoks tərəfindən dəstəklənən bu tətbiq, ağrısız, maksimum 45 dəqiqə ərzində yerinə yetirilir.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, tibbi estetik həkim Meltem Ayran badam göz estetikası ilə bağlı vacib məlumatları paylaşıb.

Qaşları uzatmaq və bəzən yanaqları qaldırmaqla edilən bu proses təxminən 30-45 dəqiqə çəkir. Bunu edənlər prosedurdan sonra normal həyatlarını davam etdirirlər.

Badam göz estetikası yalnız iplər ilə deyil, dolğu və botoks tətbiqləri ilə də həyata keçrilir.

Həkiminiz sizi görəndə hansı üsuldan istifadə edəcəyinizə qərar verir.

- Prosedur zamanı ağrı hiss olunurmu?

- İp tətbiq edilməlidirsə, prosedurdan əvvəl lokal anesteziya tətbiq olunur. Prosedur zamanı heç bir ağrı hiss olunmur. Çox rahat bir tətbiqdir.

- Badam göz estetikası nə qədər qalıcıdır?

- Prosesin davamlılığı iplərin növündən asılı olaraq 1 ilə 3 il arasındadır.

Əsasən göz qapaqları aşağı olan qadınların diqqətini çəkən bu tətbiqetməyə kişilər də üstünlük verir.

Dİgər xəbərlər