Villian “Arsenal”la 3 illik müqavilə imzalayacaq
07 avqust 2020 19:04 (UTC +04:00)

Villian “Arsenal”la 3 illik müqavilə imzalayacaq

Londonun “Çelsi” klubunun yarımmüdafiəçisi Villian “Arsenal”a keçməyə yaxındır.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, “Arsenal” artıq Villianla 3 illik müqavilə imzalanmasını razlaşdırıb. 

Braziliyalı futbolçu “Aresnal”da ildə 6 milyon avro qazanacaq.

Villianın xidmətinə Londonun digər klubu “Tottenhem” də maraqlı idi.

Braziliyalı ötən mövsümdə “Çelsi”də 47 oyunda iştirak edib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib.

 

# 2935
avatar

Oxşar yazılar