Azərbaycanda qohumunu öldürən kişi tutuldu - YENİLƏNİB
07 avqust 2020 11:21 (UTC +04:00)

Azərbaycanda qohumunu öldürən kişi tutuldu - YENİLƏNİB

Avqustun 6-da saat 23 radələrində Biləsuvar rayonu ərazisində 38 yaşlı Elxan Vəliyevin bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.

Biləsuvar rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilmib.

İstintaqla hadisənin zərərçəkənin qohumu, 31 yaşlı Ayxan Heydərovun  şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Ayxan Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

***

09:43

Biləsuvarda qətl hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəhər ərazisində 32 yaşlı Elxan Vəliyev bıçaqlanaraq qətlə yetirilib.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

# 2626
avatar

Oxşar yazılar