Rusiyada koronavirusun ikinci dalğasının vaxtı açıqlandı
06 avqust 2020 07:16 (UTC +04:00)

Rusiyada koronavirusun ikinci dalğasının vaxtı açıqlandı

Virusoloq Anatoli Altşteyn Rusiyada koronavirusun ikinci dalğasının mümkün vaxtını bildirib.

APA xəbər verir ki, mütəxəssis “Komsomolskaya Pravda”ya açıqlamasında ikinci dalğanın oktyabr-noyabr aylarına təsadüf edəcəyini deyib.

O, əlavə edib ki, COVID-19-un mövsümi hərəkətliliyi dəqiq ifadə olunmadığından, onun isti havada "sakitləşəcəyi" ümidləri doğrultmadı: "Ancaq görünür, oktyabr-noyabr aylarında - sərin və nəm iqlim şəraitində koronavirus daha aktiv olur”. 

 

# 3103
avatar

Oxşar yazılar