Bakıda məişət tullantılarının daşınmasında yenilik olacaq - BŞİH rəsmisi
03 avqust 2020 18:27 (UTC +04:00)

Bakıda məişət tullantılarının daşınmasında yenilik olacaq - BŞİH rəsmisi

"Bu gün Bakı şəhərində məişət tullantılarının daşınması ilə əlaqədar islahat aparılır".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.

O bildirib ki, Britaniya şirkəti ilə əməkdaşlıq edilir: “Pilot layihə olaraq Nərimanov rayonu seçilib. Bundan sonra Bakının digər rayonlarında da bu proses gedəcək. Bakı şəhərində qoyulan konteynerlərin sayı artırılır. Hansısa ünvanda konteynerin götürülməsi subyektiv və obyektiv səbəblərlə bağlı olur”.

# 2833
avatar

Oxşar yazılar