Bakıda avtobuslar toqquşdu
03 avqust 2020 09:06 (UTC +04:00)

Bakıda avtobuslar toqquşdu

Bakıda iki sərnişin avtobusu toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda "İveco" markalı iki sərnişin avtobusunun toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

# 3403
avatar

Oxşar yazılar