09:42
22 İyul 2020

61 yaşlı müğənni 1 milyon dollar cərimələnib

Məşhur müğənni Madonna Rusiya hökuməti tərəfindən 1 milyon dollar cərimələnib. Lent.az -ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə 61 yaşlı ifaçının özü danışıb.

Cərimələnməyə səbəb isə Madonnanın səkkiz il əvvəl Sankt-Peterburq şəhərində verdiyi konserti zamanı LGBT cəmiyyətini müdafiə etməsi olub.

Müğənni daha sonra instaqram səhifəsində 2012-ci ildə keçirilmiş həmin konsertdən video paylaşaraq bu cəriməni ödəmədiyini qeyd edib.

Dİgər xəbərlər