2578
15:45
21 İyul 2020

“Azərbaycanlı qardaşlarımızı yalnız buraxmadıq” - Ərdoğan

“İstər Liviyada, istərsə də azərbaycanlı qardaşlarımıza qarşı edilən hücumlar zamanı heç vaxt məzlumları yalnız buraxmadıq və buraxmayacağıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ermənistanın hücumları zamanı məzlumları heç vaxt yalnız buraxmadıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan Türkiyənin təsir dairəsi olan hər yerdə ədalətin, sülhün və sabitliyin bərqərar olması üçün var gücü ilə mübarizə aparacağını da qeyd edib.