İranın nüvə təsisatında qəza: səbəbi araşdırılır
02 iyul 2020 11:16 (UTC +04:00)

İranın nüvə təsisatında qəza: səbəbi araşdırılır


A+
İranın Nətənz nüvə təsisatında qəza baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi deyib.

O bildirib ki, qəza bu gün səhər Nətənzin anbarlarından birində qeydə alınıb: “Hadisə tikilməkdə olan anbarlardan birində baş verib, anbara ziyan dəyib”.

B. Kəmalvəndinin sözlərinə görə, qəza zamanı ölən və yaralanan olmayıb, nüvə çirklənməsi ilə bağlı heç bir narahatlıq yoxdur.

O qeyd edib ki, hazırda  Atom Enerji Təşkilatının ekspertləri hadisə yerindədir və qəzanın baş vermə səbəbi araşdırılır. 

# 1822
avatar

Oxşar yazılar