13:49
11 İyun 2020

Nadir Qafarzadə seçimini etdi - VİDEO

Azərbaycanın ilk onlayn səs yarışması olan “Cover Man”ın birinci mərhələsi davam edir.

Hər gün CoverMan-nın YouTube səhifəsində yerləşdirilən iştirakçıların videolarından ən az bəyənmə sayı olan iştirakçı yarışmanı tərk edir .

Yarışma iştirakçılarının seçimində izləyicilər qədər münsiflərin də böyük rolu var. Belə ki, yarışmanın seçim turu başladıqdan sonra 200-ə yaxın iştirakçı qoşulub. “CoverMan”in seçim komissiyası isə onların içərisindən 20 nəfər iştirakçını seçib. Seçilmiş 20 iştirakçıdan 5-i münsiflər tərəfindən, 5 iştirakçı isə bəyənmə sayına gorə yarımfinala, daha sonra həmin 10 nəfərdən 5-i yanlız tamaşaçıların bəyənmə sayı ilə finala qalacaqlar.

Lent.az xəbər verir ki, münsiflər artıq ilk seçimlərini ediblər. Yarışmanın münsiflərindən biri Nadir Qafarzadə öz seçimini iştirakçı Joseph Abbas ilə edib.

Qeyd edək ki, öz səsinə güvənən və istedadını geniş kütləyə çatdırmaq istəyən 18 yaşından yuxarı şəxslərin iştirak etdiyi layihənin məqsədi istedadı olan, amma geniş kütlə qarşısına çıxmağa imkanları olmayan gənclərə dəstək olmaqdır. Yarışmanın seçim turu başladıqdan sonra 200-ə yaxın iştirakçı qoşulub.

Müsabiqənin qalibi klip və mahnı ilə mükafatlanacaq.

Onu da qeyd edək ki, Lent.az yarışmanın informasiya dəstəkçisidir.

Dİgər xəbərlər