Küçədə tapılan ayı ilə bağlı YENİ XƏBƏR - VİDEO
03 iyun 2020 12:41 (UTC +04:00)

Küçədə tapılan ayı ilə bağlı YENİ XƏBƏR - VİDEO


İki gün əvvəl Şəki şəhərində aşkarlanan qonur ayı Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Bərpası Mərkəzinə yerləşdirilib. Hazırda qonur ayı baytar həkimlərin nəzarətindədir.

APA TV xəbər verir ki, ayı normal qidalanır və həkimlərin bildirdirdiyinə görə, onun vəziyyəti getdikcə normal hala düşməkdədir.

ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib ki, Qonur ayı Vəhşi Təbiətin Bərpası Mərkəzinə gətirilərkən vəziyyəti o qədər də yaxşı olmayıb. Onun hansısa vəhşi heyvanın təcavüzünə məruz qaldığı, başından və gözündən xəsarətlər aldığı ehtimal olunur.

Mütəxəssis artıq qonur ayının vəziyyətinin stabilləşdiyini və qidalanmasının da normal olduğunu bildirib.

# 7813
avatar

Oxşar yazılar