Maskalardan istifadə, sosial məsafənin qorunmasına NƏZARƏT CİDDİ OLACAQ
29 may 2020 18:19 (UTC +04:00)

Maskalardan istifadə, sosial məsafənin qorunmasına NƏZARƏT CİDDİ OLACAQ


“İctimai-iaşə müəssisələrində, ictimai nəqliyyatda, qapalı yerlərdə karantin rejiminə nəzarət, maskalardan istifadə və sosial məsafənin qorunmasına nəzarət ciddi olacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

 İ. Məmmədov deyib ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.

# 1954
avatar

Oxşar yazılar