Səpkilərə qarşı evdə KREM HAZIRLANMASI
27 may 2020 18:56 (UTC +04:00)

Səpkilərə qarşı evdə KREM HAZIRLANMASI

Üzdə olan səpkilər hər yaşda olan insan üçün narahatlıq yaradır.

Lent.az həm uşaqlarda, həm böyüklərdə, hətta yeni doğulmuşlarda belə əmələ gələn səpgilər əleyhinə həkim fitoterapevt Füzuli Hüseynovun hazırladığı kremin reseptini təqdim edir.

Kremi hər kəs evdə özü də hazırlaya bilər. Allergen deyil, bütün bədən, üz üçün istifadə edilə bilər.

Hazırlanılması:

Zeytun yağı (rafinə olunmamış olmalı) – 100 qram

Arı mumu – 50 qram

Propolis – 10 qram

Yatıqqanqal otu – 1 çay qaşığı

Əvvəlcə zeytun yağı  qızdırılır, sonra yatıqqanqal otu əlavə olunur, 5 dəqiqə zəif qaynadılır. Sonra isə mum və propolis kiçik-kiçik doğranılaraq əlavə olunur və daha 1 dəqiqə qaynadılır. Daha sonra oddan götürülür, süzülür və tam krem forması alana qədər bir şüşə qabda 10 dəqiqə qarışdırılır.

Sonra adi bir krem qabına tökülüb ağzı bağlanılır. Kremdən bişməcələrdə, sızanaqlarda, səpgilərdə, irinləşmiş yaralarda, diatezlərdə gündə 2 dəfə nazik qatla dəriyə sürtülməlidir.

 

# 4945
avatar

Aygün İbrahimli

Oxşar yazılar