20 ildən sonra elektromobillər bazarı hansı səviyyədə olacaq?
25 may 2020 19:38 (UTC +04:00)

20 ildən sonra elektromobillər bazarı hansı səviyyədə olacaq?

Avropada və Asiyada daxili yanacaq mühərrikli avtomobillərin istifadəsi barəsində qanunların sərtləşdirilməsi səbəbilə avtomobil istehsalçıları tədricən elektromobil istehsalını genişləndirirlər.

Lent.az "technote"a istinadən xəbər verir ki, koronavirus pandemiyası həmin istehsalçıların planlarına tədricən təsir göstərəcək. Lakin artıq 2022-ci ilə kimi bütün dünyada 500-dən çox müxtəlif elektromobil modeli olacaq.

Geniş seçim və rəqabətçil qiymətlər yeni müştəriləri cəlb etməyə yardımçı olacaqlar. Nəticədə 2040-cı ilə kimi bütün dünyanın nəqliyyat sistemində elektromobillərin ümumi payı 2.7%-dən 31%-ə yüksələcək. Bu barədə Bloomberg saytı xəbər verib.

Sərnişin elektromobillərinin satışları 2015-ci ildən 2019-cu ilə kimi 450.000 ədəd elektromobildən 2.1 milyon ədəd elektromobilə kimi yüksəlib. Bu il koronavirus pandemiyası səbəbilə elektromobil satışları bir qədər aşağı düşəcək. Lakin dünyadakı vəziyyət bir qədər düzələndən sonra elektromobl batareyalarının qiymətlərinin aşağı düşməsi, həcmlərinin yüksəlməsi, şarj stansiyalarının infrastruktunun genişləndirilməsi və yeni satış bazarları hesabına elektromobil satışları yenidən yüksələcək.

# 2464
avatar

Oxşar yazılar