04:20
19 May 2020

Tramp ÜST-ün maliyyəsini 10 dəfə azaldacaq

ABŞ hökuməti yeni növ koronavirusun yayılması ilə bağlı mübarizədə göstərdiyi səylərdən məmnun qalmadığı üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsi səviyyəsinin 40 milyon dollaradək azaldılmasının mümkünlüyünü nəzərdən keçirib.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Prezidentə bazar ertəsi günü videokonfrans vasitəsilə reallaşan 73-cü Ümumdünya Səhiyyə Assambleyasının açılışında niyə çıxış etməməsi barədə sual verilərkən o: “Bu gün danışmamağa qərar verdim. Yaxın vaxtlarda ÜST-lə bağlı bir açıqlama verəcəm. ABŞ onlara ildə 450 milyon dollar ödəyir. Çinin ödədiyi isə ildə 38 milyon dollardır. Onlar Çinin əlaltılarıdır”, - deyə cavab verib.

O, ÜST-ə Çinlə təxminən eyni məbləğdə - 40 milyon dollar ödəmə imkanını nəzərdən keçirdiyini bildirib: “Ancaq bəziləri bunun artıq olduğunu düşünürdülər”, - deyə Ağ Evin rəhbəri təşkilatın koronavirusla mübarizədəki işini yenidən tənqid edib. Tramp qeyd edib ki, Vaşinqton tezliklə ÜST-ə vəsait ayrılması ilə bağlı son qərar verəcək. Jurnalistlərlə söhbət zamanı amerikalı lider onların birindən sualı yaxşı eşitmədiyi üçün tibbi maskanı ​​çıxarmasını da istəyib.

Dİgər xəbərlər