05:18
30 Aprel 2020

Dünyada koronavirusdan ölənlərin sayı 208 minə çatdı

“Dünyada koronavirusa yoluxanların sayı 3 milyonu keçib. Onların dəqiq sayı 3 018 952 nəfərə çatıb. Yeni növ virusdan ölənlərin sayı isə 208 minə yüksəlib”.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-ün son məlumatına görə, dünyada son sutkada 66 mindən çox yoluxma, 5376 ölüm hadisəsi qeydə alınıb.

Ən çox infeksiyaya yoluxmanın Avropada (1406899 nəfər) olduğu bildirilib. Bu coğrafiyada ümumilikdə 129 mindən çox insan ölüb.

Dİgər xəbərlər