Dünyanın bu günündən xəbərimiz var - VİDEO
28 aprel 2020 09:01 (UTC +04:00)

Dünyanın bu günündən xəbərimiz var - VİDEO

AZƏRBAYCANIN SOVET RUSİYASI TƏRƏFİNDƏN İŞĞALI

(1920)

 

1. Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalının və Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun ildönümüdür. 1920-ci il aprelin 27-də Sovet Rusiyasının rəhbəri Vladimir İliç Lenin tərəfindən Moskvada Nəriman Nərimanovun sədrliyi ilə Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsi yaradılıb. Komitənin tərkibinə Nərimanovdan başqa Qəzənfər Musabəyov, Həmid Sultanov, Dadaş Bünyadzadə, Mirzə Davud Hüseynov, A.Alimov və Əliheydər Qarayev daxil edilib.Komitənin yalnız azərbaycanlı kommunistlərdən təşkil olunması təbii ki, gözdən pərdə asmaq məqsədi güdürdü. Belə ki, həmin gün Nərimanov Moskvada olub, komitənin bəzi üzvləri Bakıda, bəziləri isə Azərbaycanın şimal sərhədində - rus ordusunun zirehli qatarında əmr gözləyirdi. Elə həmin gün Dağıstanda olan M.K.Levandovskinin başçılıq etdiyi XI Qızıl Orduya Azərbaycana hücum əmri verilib. Bolşeviklər bu məsələdə də hiylə işlədiblər - bəyan olunub ki, Qızıl Ordu Azərbaycandan keçməklə Anadoluda ölüm-dirim savaşı aparan Mustafa Kamal Atatürkün əsgərlərinə yardım etməyə gedir. Aprelin 27-də Azərbaycan bolşevikləri Cümhuriyyət hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum verib. Ultimatumu özünü "Sovet Azərbaycanının Qırmızı Donanmasının komandanı, mühəndis" kimi təqdim edən Çingiz İldırım imzalayıb: "Tələb edirik ki, hakimiyyəti dərhal yoldaş Nərimanovun başçılıq etdiyi Sovet Fəhlə-Kəndli Hökumətinə təhvil verəsiniz. Bu halda Qırmızı Donanma milliyyətindən asılı olmayaraq, Bakı şəhərinin bütün əhalisinə sülh və sakitlik təminatı verir. Cavab iki saat ərzində göndərilməlidir. Əks halda, atəş açılacaq". Cümhuriyyət Parlamentinin həmin gün saat 20:45-də başlayan iclası 3 saat davam edib. İclasda çıxış edən Məhəmməd Əmin Rəsulzadə XI Qızıl Ordunun Anadoluya yardıma getmədiyini və Azərbaycanı işğal etməyə gəldiyini bildirsə də, müzakirələrdən sonra hakimiyyətin Azərbaycan bolşeviklərinə təhvil verilməsi barədə qərar çıxarılıb. Həm ultimatumda, həm də digər danışıqlarda milli hökumət üzvlərinin təhlükəsizliyinə təminat verilsə də, bu vədlərə əməl edilməyib, AXC hökumətinin üzvlərinə qarşı repressiyalar, “qırmızı terror” başlayıb. Milli hökumət üzvlərinin bir qismi, o cümlədən M.Ə.Rəsulzadə isə mühacirətə getmək məcburiyyətində qalıb. Maraqlıdır ki, SSRİ dövründə 27 aprel deyil, 28 aprel tarixi Azərbaycanda sovet hakimiyyətinin qurulduğu tarix kimi bayram edilib. Azərbaycanda sovet hakimiyyəti 71 il davam edib. 30 avqust 1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə qəbul edilib. 18 oktyabr 1991-ci ildə isə Azərbaycan parlamenti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktını qəbul edib və bu Akt 29 dekabr 1991-ci ildə ümumxalq referendumu ilə təsdiq edilib. Hər iki sənədə əsasən, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-hüquqi varisi elan olunub. Cümhuriyyətin himni, gerbi və bayrağı da olduğu kimi qəbul edilib. 2 mart 1992-ci ildə Azərbaycan BMT-yə daxil olmaqla beynəlxalq aləmin tamhüquqlu üzvünə çevrilib.

 

 

ZƏRİFƏ ƏLİYEVA

(1923-1985)

 

2. Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 1923-cü il aprelin 28-də Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində tanınmış dövlət xadimi Əziz Əliyevin ailəsində anadan olub. 1947-ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb. Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professoru vəzifələrində çalışıb, laboratoriya rəhbəri olub. O, əsasən kimya və elektrotexnika istehsalı sahəsində çalışanların peşəsi ilə əlaqədar göz xəstəliklərinin öyrənilməsini, profilaktika və müalicə üsullarını tədqiq edib. “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə Əliyeva 1954-cü ildə Heydər Əliyev ilə ailə qurub. Bu evlilikdən 18 oktyabr 1955-ci ildə Sevil Əliyeva, 24 dekabr 1961-ci il isə İlham Əliyev dünyaya gəlib. 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edən Zərifə Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda atasının məzarı yanında dəfn olunub.

 

 

QILMAN İLKİN

(1914-2009)

 

3. Azərbaycanın xalq yazıçısı Qılman İsabala oğlu Musayev (Qılman İlkin) 28 aprel 1914-cü ildəBakı qəzasınınMərdəkankəndində dünyaya gəlib. İlk təhsilini burada alıb, şəhər pedaqoji texnikumunda və Azərbaycan Pedaqoji İnstitutunundil-ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinəXaçmaz rayonununƏhmədobakəndində məktəb müəllimi olaraq başlayıb, daha sonra məsləhətçi, baş redaktor, direktor, müxbir, baş müəllim kimi vəzifələrdə çalışıb. "Qalada üsyan" , "Şimal küləyi", "Hədiyyə", "Dağlı məhəlləsi", "Bakı və bakılılar", "Cərrahlar", "Tayqa nağılı", "Əsgər müharibədən qayıdırdı", "Geriyə yol yoxdur", "Çətin döngələr", "Baba və nəvə" və başqa əsərlərin müəllifidir. Onun "Qalada üsyan" romanı əsasında "Azərbaycanfilm"də "Yenilməz batalyon" filmi çəkilib, eyni zamanda "Kölgələr sürünür" filminin ssenarisini də yazıb. Qılman İlkin 6 noyabr 2009-cu ildəBakıdavəfat edib vəII Fəxri Xiyabandadəfn olunub.

 

 

MƏHLUQƏ SADIQOVA

(1917-2003)

 

4. Azərbaycanın xalq artisti, aktrisa Məhluqə Ələsgər qızı Sadıqova 1917-ci il aprelin bu günü Şuşa şəhərində doğulub. 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini bitirib, eyni zamanda rəqs və dram dərnəklərində məşğul olub. 54 il Akademik Milli Dram Teatrının truppasında çalışıb, daha sonraBakı Bələdiyyə Teatrındaaktrisalıq edib. "Oqtay Eloğlu", "Solğun çiçəklər", "Pəri cadu", "Vaqif", "Fərhad və Şirin", "Lənkəran xanının vəziri", "Atayevlər ailəsi", "Şadlıq sorağında" və başqa tamaşalarda çıxış edib. Qırx ildən çox radionun "Bulaq" folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub.Məhluqə Sadıqova2003-cü il avqustun 15-də Bakıda vəfat edib.

 

 

HACI MƏMMƏDOV

(1920-1981)

 

5. Azərbaycanın xalq artisti, tarzən Hacı Məmməd oğlu Məmmədov 1920-ciilaprelin 28-də Şamaxıda anadan olub. 1948-ci ildə isə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 11 yaşında ikənXalq Çalğı Alətləri Orkestrinəqəbul edilib və 18 il burada çalışıb. 40 ildən çox Azərbaycan Dövlət Filarmoniyasınınsolisti olub. Rus vəQərbi Avropamüəlliflərinin klassik əsərlərinin tarda ilk ifaçısı olub. "Orta Mahur", "Çoban bayatı", “Zabul Segah”, “Bayatı-Şiraz”, “Şur”, “Çahargah” və digər xalq mahnıları onun ifasında məşhurdur. Hacı Məmmədov 2 avqust 1981-ci ildə Bakıda dünyasını dəyişib.

 

 

ƏLƏKBƏR TAĞIYEV

(1924-1981)

 

6. Azərbaycan bəstəkarı, hüquqşünas Ələkbər Tağıyev 28 aprel1924-cü ildə Gəncədə anadan olub, ilk təhsilini də burda alıb. Əmək fəaliyyətinə 1938-ci ildə xalq məhkəməsində başlayıb. 36 ilə yaxın bir müddətdə prokurorluq orqanlarında çalışıb, SSRİ və Respublika prokurorluqlarının çoxsaylı Fəxri fərmanları ilə təltif olunub. 1964-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin nəzdindəki bəstəkarlıq kursunu bitirib, ardınca isə SSRİ Musiqi Fondunun üzvü seçilib. İlk mahnısı “Qonşu qız” olan bəstəkar “Azərbaycan qızıyam”, “Sən gəlməz oldun”, “Bakı gecələri”, “Azərbaycanım mənim”, “Eşqimi sönməyə qoymaram”, “Arzu qızım”, “Sənə qurban”, “Sədaqətim var” kimi məşhur mahnıların da müəllifidir. Azərbaycan musiqi tarixində adlarla mahnılar yazan ilk bəstəkarlardan olan Ələkbər Tağıyev 1981-ci ilin aprelin 16-da dünyasını dəyişib.

 

 

NADİR SEYİDOV

(1932-2015)

 

7. Kimya elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi, akademik Nadir Miribrahim oğlu Seyidov 28 aprel1932-ci ildə Naxçıvan şəhərindəanadan olub. 1955-ci ildəAzərbaycan Dövlət Universitetininkimyafakültəsini bitirib. AMEA-da baş elmi işçi, laboratoriya müdiri, şöbə rəhbəri, elmi işlər üzrə direktor müavini, laboratoriya müdirivəzifələrində işləyib. Çapdan çıxmış 300 elmi əsərin, 4monoqrafiyanın müəllifidir. 100 müəlliflik şəhadətnaməsi və 20 xarici ölkənin patentini alan alim "Şərəf" və "Şöhrət" ordenləri ilə təltif edilib. Prezident təqaüdçüsü Nadir Seyidov 5 oktyabr2015-ci ildə Bakıda vəfat edib.

 

 

TADEUŞ SVETOXOVSKİ

(1932-2017)

 

8. PolşavəABŞtarixçisi,QafqazşünasvəAzərbaycanşünasTadeuş Svetoxovski 1932-ci il aprelin 28-də Fransada Polşa diplomatının ailəsində anadan olub.1939-cu ildə Polşanın SSRİ və Almaniya arasında bölünməsindən sonra atası Moskvaya sürgün edilib. Müharibədən sonra Tadeuş Amerikaya mühacirət edib və Nyu-YorkdaKolumbiya Universitetini bitirib. Monmouth Universitenintarix fakültəsində tarix professoru olub. “Almaniya ilə Rusiya arasındakı Polşa: iki düşmən nəzəriyyəsi”, “Rusiya Azərbaycanı (1905-1920): müsəlman icmasında milli kimliyin formalaşması”, “Azərbaycanın tarixi lüğəti” və başqa əsərlərin müəllifidir. Xəzər Universiteti vəBakı Dövlət Universitetinin fəxri professoru olan Tadeuş Svetoxovski 15 fevral 2017-ci ildə Nyu-Yorkda vəfat edib və vətəni Varşavada dəfn edilib.

 

 

FÜZULİ SALAHOV

(1978-2017)

 

9. Şəhid Fizuli Süleyman oğlu Salahov1978-ci il aprelin bu günü Şabran rayonunun Gəndov kəndində dünyaya gəlib. 20 ilə yaxın Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Prezident İlham Əliyev cəbhə bölgəsinə səfəri zamanı ona “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını təqdim edib.Aprel döyüşlərinin də fəal iştirakçısı olan Fizuli Salahov 2017-ci il dekabrın 13-də cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb. 2018-ci ilin fevralın 23-də ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalla təltif edilib. İki oğlu yadigar alıb.

# 2574
avatar

Oxşar yazılar