05:18
28 Aprel 2020

Rus polkovnikin maşını PARTLADI

Rusiyada Volqoqrad bölgəsinin Dzerjinski rayonunda maşında partlayış baş verib.

APA “Life”a istinadən xəbər verir ki, hadisə rayonun “Xoroşeva” küçəsində qeydə alınıb.

Partlayışa səbəb Daxili İşlər Nazirliyinin istefada olan polkovniki L.Vladimirə məxsus maşının ön oturacağında saxladığı qumbara olub.

Hadisə nəticəsində 69 yaşlı polkovnikin yaralandığı bildirilib. O, çoxsaylı yanıqlarla xəstəxanaya yerləşdirilərək əməliyyata götürülüb.

Polis əməkdaşları zərərçəkənin həyat yoldaşının ifadəsini alıb. Hadisənin bütün detalları dəqiqləşdirilir.

Dİgər xəbərlər