Aktyor evində ölü tapıldı
25 aprel 2020 10:26 (UTC +04:00)

Aktyor evində ölü tapıldı

"Qadağan olunmuş zona" (Çernobıl Gündəlikləri, 2012) dəhşətli filmi ilə tanınan Ukrayna əsilli amerikalı aktyor Dmitri Dyaçenko dünən 53 yaşında dünyasını dəyişib.

Lent. az TMZ portalına istinadla xəbər verir ki, Dyaçenko Daytona Beach (Florida) şəhərindəki evində ölü tapılıb. Aktyorun ölümü  koronavirusla əlaqəli deyil, zorakı ölüm əlamətləri də qeydə alınmayıb. Ölüm səbəblərini müəyyən etmək üçün tibbi müayinə aparılır.

Dmitri Dyaçenko 1968-ci ildə ABŞ-da ukraynalı mühacir ailəsində anadan olub. Çernobıl Atom Elektrik Stansiyasındakı istisna zonasında baş verən "Qadağan edilmiş Zona" filmindəki Yuri rolu sayəsində böyük şöhrət qazanıb.

# 3309
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar