234
07:20
23 Aprel 2020

İspaniyada xüsusi karantin rejimini mayın 10-dək uzadıldı

İspaniya Deputatlar Konqresi (parlamentin aşağı palatası) yeni növ koronavirusun yayılması ilə əlaqədar yüksək hazırlıq rejiminin mayın 10-dək uzadılması ilə bağlı hökumətin müraciətini təsdiqləyib.

APA “TASS”-a istinadən xəbər verir ki, iclas, demək olar ki, boş zalda keçirilib: təxminən 300 millət vəkili uzaqdan səs verib.

15 günlük yüksək hazırlıq rejiminin tətbiqi İspaniyanın Nazirlər Şurası tərəfindən 14 martda təsdiqlənib. Bu müddəti uzatmaq üçün Deputatlar Konqresinin icazəsi tələb olunurdu. Parlament artıq üçüncü dəfədir rejimi uzadır.

Koronavirus səbəbindən yüksək hazırlıq rejiminin tətbiqi hakimiyyətə ölkə daxilində sakinlərin hərəkətini məhdudlaşdırmağa imkan verir. Ölkədəki bütün kafe, bar, təhsil müəssisəsi, park, idman salonu və müxtəlif əyləncə obyektləri bağlanıb. Ərzaq mağazaları, apteklər, xəstəxanalar isə işlərini davam etdirir.