Dünya Yaradıcılıq və İnnovasiya Günü ilə bağlı virtual müzakirə olub
22 aprel 2020 14:12 (UTC +04:00)

Dünya Yaradıcılıq və İnnovasiya Günü ilə bağlı virtual müzakirə olub

Birləşmiş Millətlər Təşkilatı aprelin 21-ni Dünya Yaradıcılıq və İnnovasiya Günü kimi elan edib. Bununla da BMT yaradıcılığın və innovasiyanın XXI əsrdə insanların bir daha əsl sərvəti olduğunu göstərib.

Lent.az  xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə təsis olunan "Kreativ Azərbaycan" Virtual Platformasının ikinci panel müzakirəsi məhz bu mövzuya həsr olunub.

Panel müzakirəsinin məqsədi COVID-19 pandemiyası dövründə yaradıcı sənayelərin vəziyyətinin, ölkəmizdə kreativlik və innovasiya sahələrinin inkişaf tendensiyalarının, imkanlarının və problemlərinin müzakirəsi, dövlət və özəl sahələr arasında fikir bölgüsünün təşkili, yeni əməkdaşlıq imkanlarının üzə çıxarılmasıdır.

Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə baş tutan panel müzakirəsində Prezidentinin Administrasiyasının, İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, BMT-nin İnkişaf Proqramının, eləcə də bir sıra özəl şirkətlərin nümayəndələri iştirak edib.

Panel müzakirəsinin moderatoru Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə olub.

Mövzu ətrafında səsləndirilən bir sıra önəmli fikirlər səsləndirilib.

Panel Müzakirəsinin video yazısı qısa zamanda “Kreativ Azərbaycan” portalının “YouTube” kanalı və “Facebook” səhifəsi vasitəsilə təqdim olunacaq.

# 1328
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar