12:16
13 Aprel 2020

Rəqsanə Tünzaləni BİABIR ETDİ: "Onu reklam etməkdənsə..."

Müğənni Rəqsanə İsamayılova Xalq artisti Tünzalə Ağayeva barədə qalmaqallı açıqlama verib.

Lent.az -ın məlumatına görə, Rəqsanə həmkarını xalq kömək etməməkdə günahlandırıb:

"Xalq artisti adını sizə niyə görə veriblər? Bu xalqın sevimlisi olduğuna görə. Xalq artisti adını alanlar, köməklik edin. Bu günlərdə həmrəy olun. Evdə oturub, şokolad mağazası açmaqla deyil.

Əziz Tünzalə xanım, şokolad mağazası açmısan, halal xoşun olsun. Mən sənin sənətini də, özünü də çox istəyirəm. Müğənnilərin evlərinə şokolad paylayıb, reklam etməkdənsə, səni Xalq artisti adına layiq görən bu millətin evinə payla, qoy kiminsə balasının ağzı şirin olsun. Müğənni onsuz da hər gün şokolad yeyir, onların şokolada ehtiyacı var? Bağlatdır 10 qutu, göndər 10 nəfər yetimin evinə. Sizin onsuz da yetərincə reklamınız var".

Dİgər xəbərlər