05:30
12 Aprel 2020

Fransada bir gündə 353 nəfər koronavirusun qurbanı oldu


Fransada koronavirusdan ölənlərin sayı artıb.

APA-nın məlumatına görə, ölkənin Səhiyyə Departamentinin baş direktoru Jerome Salomon bildirib ki, son sutka ərzində 353 nəfər koronavirusun qurbanı olub. Bununla da, ölkə üzrə ölənlərin sayı 13 832-yə çatıb.

Onun sözlərinə görə, son sutkada 3 114 nəfərdə koronavirus aşkarlanıb, virusa yoluxanların ümumi sayı 93 790 nəfərdir.

Dİgər xəbərlər