ATƏT PA: Dağlıq Qarabağdakı "seçkilər" qanunsuzdur
09 aprel 2020 16:47 (UTC +04:00)

ATƏT PA: Dağlıq Qarabağdakı "seçkilər" qanunsuzdur


ATƏT Parlament Assambleyasının (PA) rəhbərliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin dünyada atəşkəs çağırışına dəstək verib.

APA-nın ATƏT PA-nın saytına istinadən verdiyi xəbərə görə, ATƏT PA rəhbərliyi  ATƏT məkanında hətta koronavirus pandemiyası ilə mübarizə aparılan zamanda belə bir sıra münaqişələrin qızışmağa davam etməsində narahatlığını ifadə edib.

"Dünya COVID-19 pandemiyası ilə mübarizə içərisində olduğu bir zamanda münaqişələr ən son istədiyimiz şeydir, çünki münaqişələr bu mübarizədə göstərilən səyləri daha da  çətinləşdirir. Cənubi Qafqazda və Ukraynanın şərqindəki münaqişələr də daxil olmaqla, ATƏT məkanında bir sıra münaqişələr mövcuddur. Bu gün COVID-19-a qarşı aparılan ümumi mübarizəyə diqqətimizi yönəldə bilməyimiz üçün bütün tərəfləri BMT-nin atəşkəs çağırışına diqqətlə yanaşmağa çağırıram", - deyə ATƏT PA Prezidenti Gieorgi Tsereteli bildirib.

O, son günlər beynəlxalq səviyyədə tanınmayan Dağlıq Qarabağ və Abxaziyada keçirilən "seçkilər"in qanunsuz olduğunu da vurğulayıb.

# 1163
avatar

Oxşar yazılar