Evdə üzünüzə belə qulluq edin – Cəmi 15 dəqiqə
07 aprel 2020 15:09 (UTC +04:00)

Evdə üzünüzə belə qulluq edin – Cəmi 15 dəqiqə

Karantin günlərində üzünüzə qadın salonlarında və estetik klinikalarda qulluq edə bilmirsinizsə, onda bizi diqqətlə oxuyun.

Lent.az sizə yaşıl çay üz maskasını təqdim edir. Yaşıl çay, yağlı dəri və sızanaq sağaldan maddələrlə zəngindir. Dərinizdəki ləkələr və qara nöqtələrdən xilas ola bilərsiniz.

Hazırlanması:

Yaşıl çay dəmləyin və çay paketini 1 saat fincanda dəm alması üçün saxlayın.

Dəmləndikdən sonra, çay paketini soyuması və yarpaqların açılması üçün paketi açın.

Yarpaqları kasaya qoyun və 1 yemək qaşığı bal əlavə edin. Qarışım qatı olarsa bir neçə damcı su əlavə edin.

Qarışımı dərinizə çəkin və 10, 15  dəqiqə saxlayın.

İlıq su ilə yuyun.

Təsirini hiss edənə kimi həftədə bir və ya iki dəfə təkrarlayın.

# 2317
avatar

Oxşar yazılar