3915
19:31
05 Aprel 2020

Azərbaycanda koronavirusa yoluxan iki şəxs vəfat etdi - RƏSMİ

"Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına yoluxan iki şəxs vəfat edib".

APA-ya bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat daxil olub.

Məlumatda bildirilir ki, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olub, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəsi, arterial hipertenziya və şəkərli diabet xəstəsi olduğu qeyd edilib:

"Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür".