05:20
04 Aprel 2020

İtaliya A seriyasının bərpası qeyri-müəyyən müddətə təxirə salındı


İtaliya A seriyasının rəhbərliyi növbəti videokonfrans keçirib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda koronavirus pandemiyası üzündən dayandırılan mövsümün mümkün bərpa tarixi müzakirə olunub.

Yekunda İtaliya çempionatı və kubokunun bərpası qeyri-müəyyən müddətə təxirə salınıb. Qərara alınıb ki, koronavirusun ölkə üçün təhlükə kəsb etməsi bitənədək oyunlar keçirilməsin.

Qeyd edək ki, bunadək A seriyasının mayın 24-də bərpa olunacağı bildirilirdi.

Dİgər xəbərlər