3065
18:10
25 Mart 2020

Nəyə görə ən çox makaron və tualet kağızı alındı? - SƏBƏBİ BİLİNDİ

Azərbaycanda və dünyada yayılan koronavirusa qarşı aparılan mübarizə tədbirləri arasında yoluxma sayı və itkiləri azaltmaq üçün #evdəqal haştağı da başlanılıb. Məlumdur ki, bu zaman bir çox ehtiyacların da evdə olması lazımdır. Bəs nəyə görə, adətən, insanlar qədərindən çox ehtiyat yığmağa çalışır?

Lent.az xarici mediaya istinadla xəbər verir ki, psixoloqlar bunun səbəblərinə aydınlıq gətirib. Onların fikrincə, insanlar düşündükləri bir sıra suallardan evdə adambaşına düşən miqdardan daha artığını almağa məcbur qalırlar.

Psixloqların bu mövzuda qənaətə gəldiyi həmin sualları və digər fikirləri təqdim edirik:

“Bir daha evdən çıxa bilməsəm?”, “Məhsullar qəfil bahalaşsa?”, “Birdən hamı alıb aparar, mən qalaram”, “Mənim digərlərindən üstünlüyüm və fərqim olmalıdır”, “Birdən hər yer bağlanarsa?”, “Hamı bunu edir, onlardan geri qalmağım doğru deyil”.