354
10:26
13 Mart 2020

İranın keçmiş xarici işlər naziri koronavirusa yoluxdu

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, sabiq Xarici İşlər naziri Əli Əkbər Vilayəti koronavirusa yoluxub.

APA-nın Tehran bürosunun məlumatına görə, ötən gün Ə. Vilayətidə koronavirusun əlamətləri müşahidə olub və o, karantinə alınıb.

Ev şəraitində müalicə olunan Ə. Vilayəti özünü yaxşı hiss edir.