1073
16:33
10 Mart 2020

Rusiyada prezident ömürlük seçilə bilər - TƏKLİF

Rusiyada Prezidentlik müddətinin qaldırılması təklif olunur.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu təkliflə Vahid Rusiya Partiyasından olan deputat Valentina Tereşkova çıxış edib.

Dövlət Dumasının bu gün keçirilən plenar iclasında çıxış edən V. Tereşkova bir şəxsin bir neçə dəfə prezident seçilməsinin vacibliyini, hazırkı prezident Vladimir Putinin yenidən prezident seçilməsinin Rusiya xalqı üçün önəmli olduğunu söyləyib.

Dumanın spikeri Vyaşeslav Volodin prezidentlik müddətinin qaldırılması və Konstitusiyaya dəyişikliklərlə bağlı digər təklifləri Prezident Vladimir Putinlə müzakirə edib.

Hazırda Vladimir Putin Konstitusiyaya edilən təkliflərlə bağlı Dövlət Dumasına gəlib, plenar iclasda çıxış edir.